Xəbərlər 04.07.2025 12:50 55

 QHT “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir - FOTOLAR

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir.

QHT.az xəbər verir ki, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün növbəti monitorinqlər Qubadlı, Laçın və Şuşa rayonlarının ərazisində kasetli silahlarla çirklənmiş ərazilərində olmuş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi həyata keçirilmişdir. Bunun üçün mina təmizləməyə cəlb olunmuş qurumlarda və keçmiş hərbçilərlə, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi üçün çox saylı görüşlər keçirmiş, məlumatlar toplanmış və kasetli silahların olduğu ərazilərə baxış keçirilmişdir.

Kasetli sursatlarla çirklənmiş ərazilər və bu sursatların növləri barədə ətraflı məlumatlar vermiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) Qubadlı və Laçın mobil bazalarının rəhbərliyinə və əməliyyat rəhbərlərinə, mina təmizləməyə cəlb olunmuş yerli kommersiya şirkətləri olan “Qaya Safety Solutions”MMC və “Azerbaijan Demining Company” MMC-nin rəhbərlərinə və əməliyyat menecerlərinə öz təşəkkürümüzü bildiririk.

Layihədə nəzərdə tutulmuş fəaliyyət üzrə növbəti işlər Ermənistanla şərti dövlət sərhəddində yerləşən Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında həyata keçiriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı