Xəbərlər 09.07.2025 12:20 58

Azərbaycanlı uşaqlara iqlim mövzusunda yeni təşəbbüs: QHT əməkdaşlığa başladı

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli bildirib ki, qurum BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) SB 62 tədbirləri çərçivəsində EarthWarriorz.org təşkilatı ilə əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.

QHT.az xəbər verir ki, Nadimə Rəhimli bildirib ki, əməkdaşlığın əsas məqsədi 16 yaşadək uşaqlar arasında iqlim dəyişiklikləri mövzusunda maarifləndirməni gücləndirməkdir:

"UNFCCC SB 62 çərçivəsində 2 təşkilat arasında bağlanan anlaşma memorandumu əsasında 16 yaşadək uşaqlar üçün iqlim mövzusunda maarifləndirmə təşkil ediləcək. Əməkdaşlıq çərçivəsində ətraf mühitə dair web-səhifədə Azərbaycan dilində bölmə yaradılacaq, ölkə kontekstində maarifləndirici video-çarxlar hazırlanacaq, eyni zamanda bilik və bacarıqların artırılması üçün təlimlər təşkil ediləcək".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı