Xəbərlər 07.07.2025 16:19 103

Qadın və uşaqlara dəstək gücləndirilir: Layihə fəaliyyətləri davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi  "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərlərinin təşkili" layihəsinin icrasını davam edir. Layihənin rəhbəri  Kubra Ələkbərova  bildirdi ki, artıq layihənin iki  ayı yekunlaşıbdır.

QHT.az xəbər verir ki, layihənin icrası dövründə sığınacaqdan ümumilikdə 83 nəfər qadın və uşaq yararlanmışdır. Onlardan 4 nəfəri insan alveri qurbanı,   79 nəfəri insan alverinin potensial qurbanları  olmuşlar. İnsan alverinin potensial qurbanları arasında 35  nəfəri qadın, 44  nəfəri isə uşaq olub (23  qız, 21 oğlan). Sığınacaqda qalan qadın və uşaqlardan başqa, ay ərzində Mərkəzə əlavə olaraq 125 nəfər birbaşa və ya qaynar xətt vasitəsilə  müraciət ediblər. Sığınacaga birbaşa müraciət edən və ya müxtəlif qurumlar tərəfindən istiqamətləndirilən zorakılıq qurbanlarının psixo - sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində uygun fəaliyyətlər həyata keçirilib. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri üçün  tədbirlər və istiqamətləndirmələr  həyata keçirilib.  Təhlükəsiz sığınacaqla təmin olunan qadın və uşaqlar  ərzaq məhsulları ilə təmin ediliblər.

Sığınacağın fəaliyyəti çərçivəsində təşkilat yerli biznes qurumları ilə əməkdaşlığa xüsusi önəm verir.  LU-MUN HOLDİNQ şirkətinin  nümayəndələrinin sığınacağa ziyarəti baş tutub. Ziyarət zamanı holdinqin əməkdaşları sığınacaqda müvəqqəti məskunlaşan qadınlarla görüşmüş, onların həyat hekayələri və üzləşdikləri çətinliklərlə yerində tanış olublar. Şirkətin  həyata keçirdiyi layihə çərçivəsində sığınacaqda yerləşən qadınlara hüquqi yardım və hüquqi məsləhət dəstəyi göstərilmişdir. Qadınların şəxsi hüquqları, ailə və sosial təminat sahəsində maarifləndirilməsi məqsədilə hüquqşünaslarla fərdi və qrup formatında məsləhət sessiyaları təşkil olunmuşdur. Bununla yanaşı  qadınların peşə inkişafı, təhsil imkanları və gələcək məşğulluq perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıldı. Eyni zamanda, rəqəmsal bacarıqların artırılması və təlim proseslərinin təşviqi məqsədilə LU-MUN HOLDİNQ sığınacağa planşet hədiyyə etdi.

Lyihənin icrası davam edir. Nəzərdə tutulan digər fəaliyyətlərin  həyata keçirilməsi növbəti aylarda nəzərdə tutulmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı