Xəbərlər 09.07.2025 16:52 20

ABŞ hava limanlarında yeni qayda: sərnişinlər artıq ayaqqabılarını çıxarmayacaq

Ancaq bəzi sərnişinlərdən şübhələndikləri təqdirdə ayaqqabılarını çıxarmaq tələb oluna bilər.

QHT.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem 2025-ci il iyulun 8-də sərnişinlərin təhlükəsizlik yoxlamasında ayaqqabılarını çıxarmaq öhdəliyinin ləğv olunduğunu açıqlayıb. Bu qayda 2001-ci ildə Riçard Ridin “çəkmə bombardmanı” cəhdindən sonra tətbiq edilmişdi. Nazir bildirib ki, texnologiya və təhlükəsizlik prosedurlarındakı irəliləyişlər sayəsində qərar qəbul edilib, amma risk yaranarsa bəzi sərnişinlərdən yenə də ayaqqabı çıxarmaq tələb oluna bilər.

Digər təhlükəsizlik yoxlamaları qüvvədə qalacaq. TSA PreCheck proqramı da fəaliyyətini davam etdirəcək və sərnişinlərə əlavə üstünlüklər təqdim edəcək.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı