Abşeron 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır
Abşeron 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 11 iyun 2025-ci il tarixli qərarı ilə Abşeron 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
QHT.az xəbər verir ki, qeyd edək ki, 10 iyul 2025-ci il tarixindən etibarən Abşeron rayonu üzrə vətəndaşlar Abşeron 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Abşeron 2 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Nizami Gəncəvi küçəsi, 22D
Email: [email protected]
Telefon: +994 (99) 510 50 50