Xəbərlər 09.07.2025 17:45 177

BMT -nin zorakı və qeyri-könüllü yoxa çıxmalar üzrə işçi qrupuna məruzə təqdim olundu

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi BMT İnsan Hüquqları Şurasının İşçi Qrupuna məruzə təqdim edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi BMT İnsan Hüquqları Şurasının “Zorakı və könüllü olmayan yoxaçıxmalar üzrə” İşçi Qrupuna məruzə təqdim edib. Məruzə “Zorla və ya qeyri-ixtiyari yoxa çıxan azərbaycanlılar” adlanır. Məruzədə göstərilir ki, “Birinci Qarabağ Müharibəsi zamanı on minlərlə mülki insan, o cümlədən ahilllar, qadınlar və uşaqlar Ermənistan silahlı qüvvələri, separatçı qüvvələr və yerli erməni əhali tərəfindən qətlə yetirilmiş, milərlə insan, o cümlədən qocalar, qadınlar və uşaqlar girov götürlmüşdür. O şəxslərin əksəriyyəti hal-hazırda zorla yoxa çıxmış və itkin düşümüş şəxslər hesab olunur. Ermənistan dövləri həmin şəxslərin sonrakı taleyi barədə heç bir məlumat təqdim etmir”.

Məruzəyə icmal, gizli həbs yerləri və lokal konslagerlər, məhkəmədənkənar cəzalar və kütləvi məzar yerləri, Ermənistan beynəlxalq təşkilatların tələbləriə etinasızlıq göstərir və tövsiyələr adı hissələrdən ibarətdir. Məruzədə beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsinin, Beynəlxalq İtkin Düşmüş Şəxslər Comissiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq qurumların hesabatlarına, qətnamə və məruzələrinə istinadlar verilib. Məruzədə adları açıq mənbələrdə verilmiş konkret qurbanların bir qisminin adları və qısa tarixçələri göstərilir.

Qeyd: Məruzəni təqdim edən QHT koalisiyası uzun illərdir BMT-nin insan hüquqları üzrə müqavilə və nizamnamə orqanları ilə əməkdaşlıq edir. Bu orqanların tədbirlərində iştirak edir. İndiyədək BMT-nin 3 komitəsi bu təşkilatların alternativ hesabatlarına istinad etməklə Ermənistan dövlətini tənqid edən və tövsiyələri özündə əks etdirəm “Yekun müşahidə” sənədi qəbul etmişdir. BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal proseduru çərçivəsində təqdim edilən məruzə əsasında Ermənistanın irqçı siyasəti ilə bağlı hesabat hazırlanmışdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı