Xəbərlər 26.05.2025 21:05 126

Şirvanda erkən nikah hallarının qarşısının alınması sahəsində marifləndirilmə işinin təşkili mövzusuna tədbir təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir keçirilib.

Şirvan şəhərində keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin, Şirvan Salyan Regional Təhsil İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müxtəlif QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi erkən nikahların yaratdığı mənfi təsirləri önə çıxararaq, cəmiyyətin bütün təbəqələrində bu məsələyə dair məlumatlılığı artırmaq, aidiyyəti qurumlar arasında vahid və düzgün yanaşma formalaşdırmaq, eləcə də maarifləndirmə tədbirlərinin bu problemin qarşısının alınmasında nə qədər vacib olduğunu vurğulamaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı