Xəbərlər 29.05.2025 14:06 209

Fransa Prezidenti Makronun arvadı tərəfindən məişət zorakılığı — QHT sədri təklif edir

Fransada prezident Emmanuel Makronun arvadı tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı yayılan video sosial mediada geniş müzakirələrə səbəb olub.

QHT.az xəbər verir ki, "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib ki, bu hadisənin təkcə Makronu ələ salmaq üçün yayılması yanlış yanaşmadır:

"Hara baxırsan Fransa prezidenti Emmanuel Makronun arvadı tərəfindən məişət zorakılığına məruz qalması videosudur. Başa düşə bilmirəm, hamı niyə bu videonu Makronu ələ salmaqla yayır? Düzdür, Makron Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan şəxsdir, amma biz onun üzünün qızardılmasına bu rakusdan baxmamalıyıq. Bu hadisə Fransadakı məişət zorakılığının hansı səviyyəyə qalxdığını göstərir. Hazırda Fransada məişət zorakılığı qurbanlarının sayı 271 min nəfərdir, son 10 ildə bu rəqəm 2 dəfə artıb. Emmanuel Makronun adı da prezident statusuna görə bu siyahıdan kənarda qalmamalıdır, ona zəruri yardım göstərilməlidir, heç bir şəxsin başqasını kölə vəziyyətinə salmağa ixtiyarı yoxdur, istəyir Makronun arvadı olsun, heç kimin! Əgər Fransada hüquq müdafiə təşkilatları da açıq şəkildə bu qadından çəkinirsə, rəhbəri olduğum “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Fransa Prezidentinə psixoloji dəstək göstərməyə, məişət zorakılığına məruz qalmasına görə hüquqi yardım göstərməyə hazırdır. Bəlkə də onu psixoloqlarımız danışdırsa, deyəcək ki, heç Azərbaycana pislik etmək, Ermənistanı silahlandırmaq da ürəyindən gəlməyib, sadəcə evdən məcbur ediblər. Razı olsa, mən özüm də bu konsultasiyada iştirak etməyi arzu edərdim, qoy ürəyini bizə açsın. Fransanın bizə qarşı əcaib, qəddar addımlarını başa düşməkdə kömək olar. Nə də olmasa, məişət zorakılığına qarşı mübarizəyə həsr etdiyim, illərlə yığdığım təcrübə düşünürəm ki, Makrona çox lazım ola bilər."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı