Xəbərlər 29.05.2025 12:06 62

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir.

 

Konfrans iştirakçıları tədbirin açılışından öncə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi  ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı