Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib - FOTOLAR/ VİDEO
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövləq Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib. Veloyürüşdə “Regional İnkişaf” İctimai Birliyinin 100-ə yaxın könüllüsü iştirak edib.