QHT sədri: “Yaşayış tərzinin dəyişməsi və qadınların işlə təminatı tələbatı artırır”
2025-ci ilin I rübündə Bakı şəhərində ictimai iaşə dövriyyəsi 19,2% artaraq 399,6 milyon manata çatıb. Ən yüksək gəlir Səbail rayonunda (132 mln. manat), ikinci yerdə Nərimanov (57,2 mln. manat), üçüncü yerdə isə Nəsimi rayonu (42,9 mln. manat) qərarlaşıb.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a bildirib ki, Təbii paytaxtımız mərkəzi olduğu üçün üstünlük iki rayon təşkil edir, ümumilikdə isə insanların yaşayış tərzinin dəyişməsi, qadınların daha çox işlə təmin olunması ictimai iaşə obyektlərin tələbatını yüksəldib.

Pərvanə Fərhadqızı