Xəbərlər 26.05.2025 14:37 80

Yanvar-aprel aylarında əlilliyi olan 12,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin 4 ayında əlilliyi olan 12,5 min uşağa reabilitasiya xidmətləri göstərilib.

 

Onlardan 8,6 min nəfəri ambulator, 638 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

 

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı