Xəbərlər 28.05.2025 22:46 183

Aygun Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin məhdud təmsilçiliyinə  diqqət çəkib

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin sessiyasında Qlobal Cənub QHT Platformasından bəhs olunub.
2025-ci il mayın 27-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  BMT-nin Baş Qərargahında təşkil olunan BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyasında çıxış edib. 
“Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin Sürətləndirilməsi: Dəyişikliklərə Təsir edən Cənub-Cənub Əməkdaşlığı” mövzusuna həsr edilən sessiyada Aygün Əliyeva bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları Qlobal Cənub ölkələrinin QHT-ləri ilə əməkdaşlığı dərinləşdirməkdədir. A.Əliyeva qeyd edib ki, bu yaxınlarda 116 ölkədən nüfuzlu QHT-lərin iştirakı və güclü dəstəyi ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. O, BMT-nin bir sıra məsul şəxslərinin də təsis konfransında iştirak etdiyini vurğulayıb. Həmçinin məlumat verilib ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək. 

 

A.Əliyeva BMT strukturlarında Qlobal Cənubdan olan QHT-lərin Qlobal Şimalla müqayisədə məhdud təmsilçiliyinə də diqqət çəkib

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı