“Mediasiya – mübahisələrin alternativ həlli” kitabı tezliklə nəşr olunacaq
Şəki 1 saylı mediasiya təşkilatının direktoru, hüquqşünas, mediator Dərya Yaşarlının müəllifi olduğu “Mediasiya – mübahisələrin alternativ həlli” kitabı tezliklə nəşr olunacaq.
QHT.az xəbər verir ki, bu kitab mediatorların icraatlarında olan işlərlə bağlı hansı prosedur hərəkətləri etmələrini müəyyən edən praktiki vəsait olaraq nəzərdə tutulub. Kitabda mediasiyanın mərhələləri, mediasiya proseslərinin aparılması üçün prosedur hərəkətlərin aparılma ardıcıllığı, bu proseslərdə vətəndaşların hüquqları və s. kimi məsələlərə aydınlıq gətirilib. Eyni zamanda kitab mediator olmağa hazırlaşan namizədlər, mediatorlar, hüquqşünaslar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.