Xəbərlər 30.05.2025 14:57 126

Əliməmməd Nuriyev: "Uşaq hüquqlarını qorumaq yalnız hüquqi məsələ deyil, bu, mənəvi və ictimai məsuliyyətdir" / FOTOLAR

30 may 2025-ci il tarixində DİN-in təşkilatçılığı ilə keçirilən "Uşaqların müdafiəsində inkişaf və strateji əməkdaşlıq" konfransında çıxış edən DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev sosial təhlükəli vəziyyətdə olan ailələrlə işləməyin yeni yanaşmalarla gücləndirilməsinin vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, Ə.Nuriyev bildirib ki, yetkinlik yaşına çatmayanların təhsil, tərbiyə və qorunması üzrə valideyn öhdəliklərini yerinə yetirməməsi halları, ailədaxili zorakılıq, boşanmaların artması və uşaqların nəzarətsiz qalması ciddi sosial çağırışdır. O deyib ki, bu səbəbdən həm fərdi, həm də ümumi profilaktik tədbirlər genişlənməli, riskli ailələrlə işləmək üçün koordinasiya sistemləri yenilənməlidir.

İctimai Şura sədri həmçinin internet kafelərə, oyun salonlarına, mərc oyun məkanlarına effektiv nəzarət, uşaq əməyinin kənd yerlərində istifadəsinin qarşısının alınması və inklüziv təhsilə çıxışın monitorinqi kimi konkret təkliflərlə çıxış edib.

“Biz hüququn qoruyucusu olmaqla yanaşı, uşağın səsini eşidən, onun gözündən baxmağı bacaran cəmiyyət qurmalıyıq,” – deyə Ə.Nuriyev çıxışını tamamlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı