Xəbərlər 27.05.2025 11:15 300

Yazar Etibar Həsənzadənin "Vətən Uğrunda" kitabı ÇOSKF Genel Başkanına hədiyyə edildi- FOTOLAR

22-25 may tarixlərində İstanbul Atatürk Hava Limanında Dünya Etnospor Birliyi tərəfindən təşkil edilən 7-ci Etnospor Kültür Festivalı böyük maraqla keçirilib. Festival beynəlxalq səviyyədə ənənəvi idman və mədəniyyət miraslarımızı keçmişdən gələcəyə daşıyan vacib tədbir kimi tanınır.

Yazar Etibar Həsənzadə QHT.az-a açıqlamasında qeyd edib ki, festivalda 35 ölkədən nümayəndələr iştirak edirdi və hər bir ölkə öz mədəniyyətini tanıdıb. Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyib Erdoğan festivalı ziyarət edib və Qarabağdan gələn qrupun akrobatik at göstərisi zamanı Türk və Azərbaycan bayraqlarını açdığı anları ayaqda alqışlayıb.

Festivalın 4-cü günü Türkiyədə könül elçisi kimi tanınan İmanlı Vatan Evladı dərnəyinin Genel Başkanı Mustafa Nazilli bəy yazar Etibar Həsənzadənin “Vətən Uğrunda” adlı kitabını Uşaq Oyunları və İdman Klubları Federasiyasının Başqanı və Altın İnsan mükafatçısı Burutay Burak Mutluya və qrup dostlarına hədiyyə edib. Kitab 44 günlük Vətən Müharibəsində iştirak edən şəhid və qazilərimizin döyüş yollarından bəhs edir.

Etibar Həsənzadə əlavə edib ki, əvvəlki illərdə mərhum Mehmet Mutlu (Burak Mutlunun atası), Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının qurucu başkanı, Azərbaycana gəlmiş və şəhid və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim etmişdi. Mustafa Nazilli bəy bizə Burak Mutlu bəyin salamlarını çatdırıb və bizi Türkiyəyə dəvət etdilər 

Yazar bildirib: "Bu dəvətə çox sevindik və qürur hissi keçirdik. Federasiya Azərbaycana gələndə, Burak Mutlu məni də şərəf qonağı olaraq dəvət edəcəyini bildirdi. Allah hamınızdan razı olsun, görüşmək üzərə."

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı