Xəbərlər 30.05.2025 17:26 229

QHT sədri: "Müəllimlərin peşəkar inkişafı təhsilin gələcəyidir"

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib ki, dövrün tələblərinə uyğun olaraq, ölkəmizin təhsil sektoru davamlı inkişaf edir və bu inkişafda müəllimlərin peşəkar inkişafı əsas yer tutur.

QHT sədri vurğulayıb ki, müəllimlərin pedaqoji bilik və bacarıqlarını inkişaf etdirməsi və tədris keyfiyyətinin artırılması davamlı nəzarət və dəstəyi tələb edən prosesdir:

"Dövrün tələblərinə uyğun olaraq, dünyada baş verən davamlı dəyişikliklər fonunda ölkəmizin təhsil sektoru da müəyyən qədər inkişaf edir. Aparılan elmi araşdırmalara, müşahidələrə əsasən müəllimlərin peşəkar inkişafının daim həyata keçirilməsi və davamlı olaraq nəzarət edilməsi zəruri olan bir proses olduğu aydın görünür. Tədrisdə peşəkar inkişaf müəllimlərin pedaqoji bilik və bacarıqlarını inkişaf etdirmək, onların tədris keyfiyyətini artırmaq deməkdir. Qeyd etmək istəyirəm ki, elm və texnikanın inkişaf etdiyi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin sürətləndiyi müasir dövrdə müəllim peşəsinin qarşısında yeni vəzifələr durur. Müasir dövrdə dərsin, şagirdlərdə tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət, özünü təkmilləşdirmə və özünü inkişaf kimi bacarıqların inkişaf etdirilməsində müəllimlərin rolu danılmazdır. Aydındır ki, tədris metodunu təkmilləşdirmək, keçdiyi mövzulara dair sorğu-sual etmək, özünə inam qazanmaq, öyrənməyi öyrətməyə cəlb etmək, bölüşmək, əməkdaşlıq etmək həm müəllimin, həm də şagirdin fəaliyyətini təkmilləşdirmək deməkdir".

Esmira Rəhimova qeyd edib ki, müasir müəllim peşəkarlığının artırılmasında fəaliyyətini planlı şəkildə həyata keçirməlidir, o, daimi olaraq peşəkar inkişaf prinsiplərini yerinə yetirməyə hazır olmalıdır:

"Yəni özünü və dünyagörüşünü təkmilləşdirmək üçün pedaqoji, psixoloji və metodiki hazırlığını inkişaf etdirməlidir. O cümlədən qeyd etmək istəyirəm ki, müəllimlər imtahanı təzyiq kimi deyil, inkişaf fürsəti kimi qiymətləndirməlidirlər. Çünki sertifikasiyadan uğurlu nəticə əldə edən müəllimlər həm işlərini qoruyur, həm də topladıqları bala uyğun olaraq əmək haqları artırılır".

Ardı var...

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı