Xəbərlər 30.05.2025 17:58 187

"Sertifikasiyadan kəsilən şəxslərə ikinci şans verilməsi təhsilin keyfiyyətinə uğur gətirməz" - QHT sədri

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında müasir təhsil sistemində sertifikasiya imtahanlarının əhəmiyyətindən danışaraq bildirib ki, imtahanlarda uğur qazanmayan müəllimlərin növbəti ildə ikinci şans alması təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

QHT sədri qeyd edib ki, bu müəllimlərə təkrar təhsil yolunun açılması yolverilməzdir və əvəzində onların bilik və bacarıqlarına uyğun texniki işlərdə fəaliyyət göstərmələri məsləhətdir:

"Müəllimlər sertifikasiya imtahanından çəkinməməlidirlər. Ona görə ki, imtahandan kəsilərsə, növbəti ildə onlara ikinci şans verilir. Sertifikasiya imtahanlarının beş ildən bir təkrarlanması peşəkar inkişaf üçün çox böyük əhəmiyyət daşıyır. Çünki sertifikasiya təhsildə keyfiyyətin artmasına müsbət təsir edən faktorlardan biridir. Bu zaman həm müəllimlərin bilik və bacarıqları yoxlanılır, həm də bu prosesdə müəllimlərin əməkhaqqı artır. Ona görə də mən sertifikasiyanı müsbət qiymətləndirirəm. Qeyd etmək istəyirəm ki, müəllimlər arasında fənnini zəif tədris edən müəllimlər də sertifikasiya imtahanından sonra artıq öz üzərlərində işləməyə başlayıblar".

Esmira Rəhimova vurğulayıb ki, düşünürəm ki, sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, belə şəxslərin sosial problemləri nəzərə alınaraq, ən azı texniki istiqamətdə müəyyən işlərə cəlb etməklə, yəni onların bilik və bacarıqlarından istifadə etmək olar:

"Düşünürəm ki, imtahanlarda uğur qazanmayan, sertifikasiyadan kəsilən şəxslərə ikinci şans verilməsi təhsilin keyfiyyətinə uğur gətirməz, onları təkrar təhsilə qaytarmaq isə yolverilməzdir. Ona görə də bu cür güzəştlərin— ikinci şansın verilməsinin — düzgün hesab etmirəm".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı