Bu gün Yayım Assosiasiyası və Nizami rayonu Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə yazıçı Elbrus Kəlbiyevlə oxucuların görüşü keçirildi.  241 saylı məktəbin yuxarı sinif şagirdləri, şəhəroxucuları və kiabxananın personalının iştirakı ilə keçirilən görüş maraqlı və yaddaqalan oldu.

QHT.az xəbər verir ki, Dövlət himni və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov çıxış edərək təşkilatı, onun məqsədi və kitab oxu vərdişlərinin artırılması istiqamətində gördükləri işlər haqda məlumat verdi. O yazıçı Elbrus Kəlbiyevi iştirakçılara təqdim edərək, yazıçının əsərlərinin tərbiyəvi əhəmiyyəti barədə danışdı. Sonra yazıçı Elbrus Kəlbiyev özü haqqında iştirakçılara məlumat verdi. Əsərləri və gələcəkdə çapa hazırladığı kitabı barədə danışdı. Görüş oxucuların müəllifə ünvanladığı maraqlı suallarla davam etdi. 


Sonda görüşdə daha çox fərqlənən beş iştirakçıya və kitabxana fonduna müəllifin imzasıyla kitablar hədiyyə edildi. Görüş oxucuların müəlliflə xatirə şəkilləri çəkməsi, səmimi dialoq və tövsiyyələrin verilməsi ilə başa çatdı.