Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Göyçay, Qəbələ, İsmayıllı rayonlarında “Mədəni nəsil-Davranış kodu” adlı layihənin icrasını həyata keçirmişdir.

 

 Layihənin məqsədi gənclərdə etik davranış və ünsiyyət mədəniyyətini inkişaf etdirərək milli-mənəvi dəyərlərə hörmət və sosial məsuliyyət hissini gücləndirməkdən ibarət olmuşdur.


Gənclərə etik davranış qaydaları və ünsiyyət mədəniyyəti mövzusunda interaktiv təlimlər keçirilmiş, bu da onların bilik və bacarıqlarının artmasına səbəb olmuşdur. Layihə çərçivəsində keçirilmiş interaktiv oyunlar, gənclərin milli-mənəvi dəyərlərə bağlılığını və yaradıcılıq potensialını daha da inkişaf etdirmişdir. Layihənin icra planınna uyğun olaraq Qəbələ rayonunda 1təlim, 1 interaktiv oyun, İsmayıllı rayonunda 1 təlim, 1 intreraktiv oyun, Göyçay rayonunda 1 təlim, 1 interaktiv oyu keçirilmişdir. Hər rayonda interaktiv oyun zamanı 6 nəfərdən ibarət 4 komanda iştirak etmişdir. Onlardan 1-ci və 2-ci yerə çıxan komandalar finalda Göyçay rayonunda görüşmüş və rayonlar arasında interaktiv oyun keçirilmişdir. Qəbələ rayonu gəncləri 1-ci yer, Göyçay rayonu gəncləri 2-ci yer, İsmayıllı rayonu gəncləri isə 3-cü yer tutmuşdur. Qaliblərə kubok, sertifikat və hədiyyələr verilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Göyçay, Qəbələ, İsmayıllı rayonlarında “Mədəni nəsil-Davranış kodu” adlı layihənin icrasını həyata keçirmişdir. Layihənin məqsədi gənclərdə etik davranış və ünsiyyət mədəniyyətini inkişaf etdirərək milli-mənəvi dəyərlərə hörmət və sosial məsuliyyət hissini gücləndirməkdən ibarət olmuşdur.


Gənclərə etik davranış qaydaları və ünsiyyət mədəniyyəti mövzusunda interaktiv təlimlər keçirilmiş, bu da onların bilik və bacarıqlarının artmasına səbəb olmuşdur.

 

Layihə çərçivəsində keçirilmiş interaktiv oyunlar, gənclərin milli-mənəvi dəyərlərə bağlılığını və yaradıcılıq potensialını daha da inkişaf etdirmişdir. Layihənin icra planınna uyğun olaraq Qəbələ rayonunda 1təlim, 1 interaktiv oyun, İsmayıllı rayonunda 1 təlim, 1 intreraktiv oyun, Göyçay rayonunda 1 təlim, 1 interaktiv oyu keçirilmişdir. Hər rayonda interaktiv oyun zamanı 6 nəfərdən ibarət 4 komanda iştirak etmişdir. Onlardan 1-ci və 2-ci yerə çıxan komandalar finalda Göyçay rayonunda görüşmüş və rayonlar arasında interaktiv oyun keçirilmişdir. Qəbələ rayonu gəncləri 1-ci yer, Göyçay rayonu gəncləri 2-ci yer, İsmayıllı rayonu gəncləri isə 3-cü yer tutmuşdur. Qaliblərə kubok, sertifikat və hədiyyələr verilmişdir.