Bu gün AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə layihəsi əsasında yerli yazarlarla teatrın rəhbər heyətinin növbəti görüşü olub.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli QHT.az- a açıqlamasında bildirib. O, qeyd edib ki, görüş zamanı teatrla yerli yazarların əlaqəsinin gücləndirilməsi məsələsi,qarşıda duran vəzifələr geniş müzakirə edilib: "Müzakirənin sonunda ilkin olaraq mənim pyesim və Şəfahət Şəfinin uşaqlar üçün əsəri tamaşaya qoyulması üçün təsdiq edildi. Bu ilin sentyabr ayında digər yerli müəlliflərin də təqdim etdikləri əsərlərin müzakirə edilməsi qərara alındı".
Pərvanə Fərhadqızı












