“Uzun fasilədən sonra qurupumuzun yeni repertuarı ilə görüşünüzdəyik. Azərbaycan milli musiqi fondundan lirik bir papuri etdik. Ulu öndərimiz Rəsulzadənin portreti önündə istedadlı gənclərlə milli janrda ifanın yeri var”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. O, qeyd edib ki, zərbdə Kamran Ankara Universitetinin stajyor doktorudur: “Sintezatorda Zübeyir BDU Hüquq fakültəsinin, kamançada Əlibəy Ankara Universitetinin Hüquq fakültəsinin tələbəsidirlər. Türkiyə Dəyanət Vəqfi- Bakı Türk Liseyinin məzunları olan bu gənclər 3-5 alətdə bütün musiqi janrlarında profesional ifalar edə bilirlər. Onlar Azərbaycanın inkişafına ciddi tövhələr verəcək. Buna əminəm”- deyə bildirib.
Pərvanə Fərhadqızı












