Biz texnologiyanın sürətlə inkişaf etdiyi və informasiyaya çıxışın asan olduğu bir dövrdə yaşayırıq. Lakin bu halda da kitabların, yazılı mənbələrin özünəməxsus dəyəri var.

QHT.az xəbər verir ki, kitab oxuma vərdişinin inkişaf etdirilməsinin böyük əhəmiyyəti var. Dil bacarıqlarına, yaradıcılığın və təxəyyülün inkişafında, motivasiyanın təmin edilməsində müsbət təsiri olur. Mütaliənin gənclərdə empatiya, mədəni şüur ​​və özünə inam kimi sosial və emosional sahələrə də müsbət təsiri var.

Kitab oxumaq fərdin fərdi inkişafına böyük töhfə verir. Oxumaq düşüncə proseslərini stimullaşdırır, yaradıcılığı artırır və tənqidi düşünmə bacarıqlarını təkmilləşdirir. Kitablardakı fərqli personajlar, süjetlər və ideyalar oxucunun empatiya qabiliyyətini təkmilləşdirməklə yanaşı, yeni perspektivlər təqdim edir. Bu, fərdin dünyagörüşünü genişləndirir və öz dəyərlərini sorğulamaq və anlamaq prosesini başladır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Qılman İman QHT.az- a açıqlamasında bildirib ki, boş, asudə vaxtı olan adamlar gününü xoş keçirmək üçün yayda bəzi kitabları oxumaq məsləhətdir: “Yusif Vəzir Çəmənzəminli “Qızlar bulağı”, Yusif Səmədoğlunun "Qətl günü" romanı, Azər Abdulla "Qəmərlidən keçən qatar" hekayəsini, Anarın, Vaqif Bayatlının, Ramiz Rövşənin, İsa Hüseynovun, Mövlud Süleymanlının, Əli Kərimin bütün əsərlərini oxumağı məsləhət bilirəm”.

 

Pərvanə Fərhadqızı