Bakıda, İpəkyolu nəşriyyatında "İrfan" jurnalının 200-cü sayı işıq üzü görüb.

QHT.az xəbər verir ki, Gəncliyə Yardım Fondunda baş tutan təqdimatda jurnalın yazarları, təmsilçiləri və könüldaşları iştirak edib. Baş redaktor Nurlan Məmmədzadə, tədbir təsisçi Ramiz Məmmədovun, məsul katib Əziz Sultanovun və yazar Dr. Abbas Qurbanovun, eləcə də jurnalın ilk yazarlarından Lokman Helvacının ürək sözləri ilə davam edib. Jurnalın fəaliyyətini əks etdirən “İrfan-200” video-rolikin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra yazar Lokman Helvacı, Fuad Quliyev, Dr. Rüfət Şirinov və Dr. Eldar Kərimov da öz təəssüratlarını paylaşıblar. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bəy milli-mənəvi dəyərləri təbliğ edən İrfan jurnalının Azərbaycan ictimaiyyətinə faydasından söz açıb və hər zaman bu kimi fəaliyyətlərə dəstək olmağın vacibliyini vurğulayıb. Tədbirin sonunda jurnalın fəaliyyət illərində xüsusi dəstəyi olan yazar və təmsilçilər “Təşəkkürnamə” ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı