2023-cü ildə dünyanın ən ölümcül fəaliyyətlərinin son reytinqini açıqlayıblar.
QHT.az xəbər verir ki, insanların əvvəllər olduqca adi hesab etdikləri bir çox turizm fəaliyyəti əslində təəccüblü dərəcədə təhlükəli ola bilər. Dırmanma ən təhlükəli turizm fəaliyyəti kimi qiymətləndirilib və ölümlə nəticələnən hadisələrin ən yüksək faizi qeydə alınıb. Eyni zamanda Nepaldakı I Annapurna dünyanın ən ölümcül dağı kimi tanınıb. Bununla belə, hətta Avropada dağlar ölümcül təhlükə yarada bilər.
Mağara dalğıcları 3333 nəfərdən birinin ölüm nisbəti ilə ən təhlükəli turizm növləri siyahısında ikinci yeri tutur.
Avtomobil idarə etmək ilk üçlüyü bağladı. Turistlərin tətil zamanı avtomobil icarəyə götürüb, yol hərəkəti qaydaları ilə tanış olduqlarına əmin olmalıdırlar. Maraqlıdır ki, sərxoşluq və qida zəhərlənməsi ilk 10-luqdan kənarda idi.
Dünyanın ən ölümcül turizm fəaliyyətləri bunlardır:
1. Alpinizm və qayayadırmanma.
2. Mağarada dalış.
3. Avtomobil sürmək.
4. At sürmək.
5. Yamac paraşütü.
6. Dağ velosipedi.
7. Gəzinti.
8. Motosiklet sürmək.
9. Paraşütlə tullanma.
10. Öküz qaçışı.
Dünya mütəxəssisləri ekstremal fəaliyyətlərdə iştirak etmək istəyən turistlərə lazımi təlim keçdiklərini yoxlamaq və təcrübəli təlimatçının dəstəyinə müraciət etməyi məsləhət görürlər.
Daha əvvəllər selfilər tətildə olan turistlərin ən məşhur ölüm səbəblərindən biri sayılırdı. Çünki turistlər çox vaxt möhtəşəm bir fotoşəkil üçün həyati təhlükəsi olan hərəkətlər edirdilər.
Pərvanə Fərhadqızı












