Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov NASA-nın Voyager 1 kosmik aparatının tarixi səyahətindən və insanlığın kosmosun tədqiqində əldə etdiyi nailiyyət haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Cəmi bir sutka
Təxminən bir sutkadan sonra insan əli ilə yaradılımış cisim ilk dəfə bir işıq sutkası məsafəsini qət etmiş olacaq (Təxminən Bakı vaxtı ilə saat 14:16:07-də, 18 noyabr 2026-cı il tarixində).
Voyager1 5 sentyabr 1977-ci ildə ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan start götürüb saniyədə 17 km, saatda 61 000 km məsafə qət edən bu aparat artıq Günəş sistemini tərk edərək ulduzlararası fəazaya daxil olub. Sabah Bakı vaxti ilə saat 14-dən sonra yuvarlaq olaraq 26 000 000 000 km məsafə qət edərək işığın 24 saat ərzində getdiyi məsafəni qət etmiş olacaq.
Müqaisə üçün deyim ki, insan Yer planetindən cəmi 1,3 işıq saniyəsi uzaqlaşa bilib.
Bizim qalatikanın bizə ən yaxın ulduzu (əslində qalatikə miqyasıda bu gözlə, qaş arasıdakı məsafədən dəfələrlə qısadır) Proksima Sentavr ulduzudur ki, günəş sistemindən cəmi 4,2 işıq ili məsafəsindədir. Qeyd etdiyim kimi bu kainat yox, qalatika miqyasıda məsafə saylmır.
Əgər Voyager1 hərəkətini saata 61 000 km sürətlə davam etdirərsə cəmi 75 000 ildən sonra Proksima Sentavr ulduzuna çata bilər. Amma bu çətin məsələdir. Voyager1 indiki texnoloji səviyyəyə uyğun aparat deyil. Günəş sistemində uçarkən batareyalarını günəş şüaları ilə doldura bilərdi. İndi ulduzlararası fəazada bu çətin olacaq.
Yəqin ki, tezliklə siqnal kəsiləcək və Voyager1 ilk ulduzalar arası fəazada insan əlinin məhsulu olan zibil olacaq".










