UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan və ilk özəl yerli logistik mərkəz kimi fəaliyyət göstərən Abşeron Logistika Mərkəzində olub.
QHT.az xəbər verir ki, səfər çərçivəsində UNEC ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. UNEC nümayəndələri Mərkəzin infrastrukturu və müasir tələblərə cavab verən iş modeli ilə də tanış olublar.












