Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün- 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
QHT.az bir idmançı mütəxəssis kimi idmana bağlılıqdan, bugünkü idmanımızdan “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyevdən açıqlama alıb. QHT sədri qeyd edib ki, Ulu öndərin qoyduğu bu idman siyasətini davamı yüksək səviyyədə inkişaf etməkdədir: “Ulu öndərin sözləri yadımdan çıxmır: “Kim idmana, idmançıya dəstək olur, sanki mənə dəstək olur. Kim ki, idmana və ya idmançıya mane olursa, şəxsən mənə mane olur”. Ona görə də idmana qayğı, diqqət varsa, deməli idman inkişaf etməkdədir. Regionlarda olan mövcud olimpia kompleksləri, idman qurğuları inkişaf etməkdədir. Onun bariz nümunəsi Qazax rayonunda Böyük Olimpia Kompleksi və digər qurğular fəaliyyət göstərməkdədir”.
Azər Əliyev həmçinin bildirib ki, bu gün biz bu xüsusi günü qeyd ediriksə, Vətən müharibəsi şəhidlərimizə borcluyuq. O, gənclərimizə, idmançılarımıza sağlam həyat tərzini seçməyi, daima idmanla məşğul olmağı tövsiyyə edib: “İdman hər şeyin önündə gedir. Cənab İlham Əliyev vurğuladığı kimi, gənclər daima idmanla məşğul olsun. Bu gün narkomaniyanın qarşısını almaq üçün idman ən gözəl alətdir. Çünki idman sağlamlıqdır, idman sağlam həyat tərzidir. Fiziki, şüuru sağlamlıq idmandan keçir. Bütün gəncləri idmanla məşğul olmağa çağırıram. Peşəkər idmanla məşğul olun. Uduzmaq idmanın başlanğıcıdır. Heç vaxt həvəsdən düşməyin, yeni hədəflər qoyun, qalib olun. Biz idmançıları yada saldığınız üçün QHT.az-a təşəkkür edirik”.
Pərvanə Fərhadqızı












