Səudiyyə Ərəbistanı Universitet İşləri Şurasının Baş Katibi (Secretary-General of the Council of Universities’ Affairs) Prof. Basam Bin Abdullah Al-Bassam-ın və üç universitetin (Princess Nourah bint AbdulRuhman University, Umm Al-Qura University, Islamic University of Madinah) nümayəndələri UNEC-də olub.
QHT.az xəbər verir ki, nümayəndə heyəti UNEC-lə tanış olduqdan sonra rektor prof. Ədalət Muradovla görüşüb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub və bir sıra istiqamətlər üzrə razılıq əldə edilib.












