Gəncə Dövlət Universitetinin təşəbbüsü ilə beş universitet - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) Gəncə Yaşıl İqtisadiyyat Forumunun təsis edilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib. Onun sözlərinə görə, məqsəd 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş "Yaşıl Dünya naminə Həmrəylik İli"nə töhvə verməkdir: "Əsas hədəf isə “ədalətli yaşıl keçid" və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlük yanaşması vasitəsi ilə uğurlu “yaşıl keçid” üzrə qabaqcıl təcrübələrin öyrənilməsi, xüsusilə də qeyd edilən məsələlərdə Azərbaycan Respublikasında maarifləndirmə, insan kapitalının inkişaf etdirilməsi, elmi tədqiqatların aparılması, yaşıl start-upların yaradılması, iqtisadiyyatın yeni “yaşıl” sektorlarının inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir".