Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu öndər və GəncliyimİZ" silsilə tədbirlər layihəsinə start verilib.
QHT.az xəbər verir ki, Təşkilatın Qazax-Tovuz regional nümayəndəliyinin tərəfdaşlığı ilə icra olunan layihə çərçivəsində ilk olaraq gənc rəssamlar arasında rəsm müsabiqəsi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında baş tutan müsabiqədə rəsmi açılışdan əl işlərinə baxış keçirilib. Münsiflərin yekun rəyinə əsasən Ruhin Xasməmmədov I yeri tutaraq müsabiqənin qalibi olub. Aida Nəsibli II, Anar Bənnayev isə III pillədə qərarlaşıb.
İlk üç yeri tutan istedadlı gənclərə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində 15 fevraldan etibarən "Nə? Harada? Nə zaman?" formatında intellektual turnir keçiriləcək.












