Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ və Zaqatala rayonlarında yerləşən Ailə və Uşaqlara Dəstək Mərkəzlərinə təşkil olunmuş infotur haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24-25 noyabr 2026-cı il tarixdə Qəbələ və Zaqatala "Ailə və Uşaqlara Dəstək Mərkəz"lərinə bir qrup vətəndaş cəmiyyətinin qadın sədrləri və media nümayəndələrinin iştirakı ilə infotur təşkil edilib.
İnfotirun məqsədi hər iki rayonda ailədaxili zorakılığa məruz qalan qadın və uşaqlara, erkən nigahların qarşısının alınmasına qarşı aparılan işlərlə tanış olmaqdır. Mərkəzlərin binası tarixi-memarlıq olması ilə yanaşı, müasir təmir edilərək ən yüksək səviyyədə lazımı avadanlıq və materiallarla təchizat edilib.
Hər iki mərkəzlərdə ana və uşaqlara müxtəlif mövzularda təlimlər keçirilir, psixo-emosional vəziyyətin qiymətləndirilməsi aparılır, xüsusilə əlilliyi müəyyən edilmiş uşaqlar üçün reablitasiya xidmətləri həyata keçirilir.
Mərkəzlərin fəaliyyətləri boşanmaların qarşısının alınmasında uğurlu keysləri təqdim etməklə davam etdi. Ümumilikdə bu səfər mərkəzlərin məhsuldar fəaliyyətinin mövcudluğunu, ailələrin əsl dəstək mexanizmi və önəmli olduğunu, ailələrin ehtiyacının qarşılandığı bir mərkəz olaraq dəyərlındiridik.
Bu mərkəzlərin digər rayonlardada fəaliyyəti olması cəmiyyətdə ailə modelinin formalaşmasına və davam etməsinə dəstək verəcəkdir. Zaqatala mərkəzində gənc ifaçı Arifin səslındirdiyi və dahi Müslüm Maqamayevi yenidən xatırladan səsi və ifası ilə ziyarətçilərə başqa bir zövq yaşatdı.Belə gəncimizi hər kəs tanısın deyə Sizlərə təqdim edirəm.
Başda Ailə Uşaq Və Qadın Problemləri Üzrə Dövlət Komitəsinin rəhbəri hörmətli Bahar Muradova xanıma və bizimlə yol yoldaşlığı edən dəyərli Zamina Safarova və Rafiq Mahmudova yüksək səviyyəli təşkilatçılıq üçün təşəkkürümü bildirirəm".











