14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 24/7 Kitabxana “Ən gözəl hədiyyə KİTABDIR!” adlı layihə keçirib.

QHT.az xəbər verir ki, layihə çərçivəsidə kitabxananın oxucu-istifadəçiləri arasında oxumaq istədikləri kitablar haqqında sorğu keçirilib. Sorğuda iştirak etmiş 62 nəfər müəllim və tələbə arasından qaliblər müəyyənləşib. Qutudan adları çıxan 3 tələbəyə oxumaq istədikləri kitablar hədiyyə edilib.

İmtahan sessiyası sonrası təşkil edilmiş kitabbağışlama kampaniyası əyləncəli və maraqlı əsərlərin müzakirələri ilə də yadda qalıb.

Pərvanə Fərhadqızı