Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti rektoru professor Ədalət Muradov Gənc Alimlər Şurasının İdarə heyətinin üzvləri ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə gənc müəllimlərə UNEC-də elmi fəaliyyətin stimullaşdırlılması, gənclərin elmə təşviq olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqaləyə görə 4500 manatadək qonorarın verildiyi, tədqiqatçı statusu alan müəllimlərin maaşının 50 faiz artırıldığı, universitet hesabına qrand layihələrinin həyata keçirildiyi və s. diqqətə çatdırılıb.

Universitetin rektoru Ədalət Muradov bildirib ki, elmi fəaliyyətin əlavə stimullaşdırılması məqsədilə gənc tədqiqatçıların təklifləri ətrafında fikir mübadiləsi apardıq: “Tədqiqatların və gənc tədqiqatçıların dəstəklənməsi üçün xüsusu proqramın hazırlanmasını faydalı hesab edirik”.

Sonra gənc alimlərin missiyası və görüləcək işlərdən danışılıb, eləcə də elmi fəaliyyətin stimullaşdırılmasının və təşviqinin artırılması alimlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Pərvanə Fərhadqızı