Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərin portretləri və zədələnmiş fotoları süni intellekt vasitəsi ilə yenidən canlandırılıb.
QHT.az xəbər verir ki, AI texnologiyası ilə canlandırılan tarixi şəxsiyyətlər keçmişin sehrini müasir texnologiya ilə birləşdirərək sosial media istifadəçilərini təəccübləndirməyi bacarıb.
Qeyd edək ki, layihənin müəllifi Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin sədri Kənan Məmmədovdur.












