İstanbul şəhərində keçirilən “VEX Robotics Türkiye Open” yarışmasında ölkəmizi təmsil edən “Robo Force” komandası “VEX IQ” kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.

QHT.az xəbər verir ki, bununla yanaşı, komanda tərəfindən hazırlanan robot “Ən yaxşı mühəndislik həlli” nominasiyasının qalibi seçilib.

Komandamızı ürəkdən təbrik edib, gələcək yarışlarda uğurlar arzu edirik.

 

Pərvanə Fərhadqızı