UNEC-də Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub.
QHT.az xəbər verir ki, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının məqsədi abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları barədə məlumatlandırılması və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.
Platformada hər bir universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri, məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və və digər parametlər, universitetlərin, ixtisasların reytinqləri əks olunub.
Pərvanə Fərhadqızı












