Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "Mədəniyyat konsepsiyası"nın müzakirəsində iştirak edib.

QHT.az xəbər verir ki, bu barədə rektor özü məlumat verib. Onun sözlərinə görə, mədəniyyət sahəsinə bütöv baxışın əhəmiyyəti, mədəniyyətın inkişafında təhsilin rolu və mədəni dəyərlərin ötürülməsi üçün təhsildə zəruri mühitin vacibliyi və eləcə də, azərbaycan dilində təhsilin gücləndirilməsi üçün beynəlxalq təcrübənin əhəmiyyəti haqqında fikirlərini bölüşüb: “Aidiyyəti olanları cəlb etməklə nazirliyin fəaliyyəti və milli dəyərlərin formalaşması üçün həlledici olan və xarici təcrübə və milli özəlliklər nəzəra alınmaqla ilk dəfə olaraq hazırlanmış dəyərli konsepsiyaya, açıq və səmimi ictimai müzakirəyə görə mədəniyyət naziri hörmətli Adil müəllim Kərimli başda olmaqla onun komandasına təşəkkür edirəm”.

 

Pərvanə Fərhadqızı