“Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” faydalı layihələrinə davam edir.
QHT.az xəbər verir ki, dövrümüzün ən populyar və hər kəs tərəfindən maraq görən mövzularından olan “Şəxsi İnkişaf”, “Liderlik”, “Özgüvənin yaradılması”, “İlkin Tibbi Yardım Bacarıqları”, “İngilis dili bacarıqlarının artırılması” təlimləri və “GMD Academy İncəsənət sahəsi” çərçivəsində keçirilən dərslər iştirakçılarda böyük maraq oyatdı. mumilikdə 300+ gənc əhatə olundur. Bununla yanaşı gənclərimizin asudə vaxtlarını səmərəli idarə etməsi məqsədi ilə “Suraxanı Gəmi Muzeyi”, “Şöhrət Muzeyi”, “Hərbi Qənimətlər parkı” və “Azərbaycan Hərb Tarixi Muzeyi”nə ekskursiyalar, İdman Həftəsi çərçivəsində “Şahmat” və “Voleybol” turniri baş tutdu. Əlavə olaraq, Birlik tərəfindən “Vətənpərvərlik ayı” elan edildi və bu ay çərçivəsində “Yurdum Qarabağ İntellektual oyunu”, “Topoqrafiya oyunu” və “Vətən Müharibəsi Qəhrəmanları ilə görüş” həyata keçirildi.












