ABŞ prezidenti Donald Tramp bildirib ki, İran nüvə və raket proqramlarını davam etdirərsə, ABŞ İsrailin İrana qarşı sərt hərbi cavabını dəstəkləyəcək.

QHT.az xəbər verir ki, Tramp vurğulayıb ki, Tehranın nüvə silahı və ballistik raketlərlə bağlı addımları yeni hücumlar üçün əsas ola bilər. Bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş ərəfəsində verilib. İsrail isə İranın uran zənginləşdirmə obyektlərini bərpa etməsi, raket istehsalını və hava hücumundan müdafiə sistemlərini yenidən qurmaq cəhdlərini ciddi təhlükə kimi qiymətləndirir.

 

R.İmanov