ABŞ prezidenti Donald Tramp müsahibəsində Venesuela və Qrenlandiya ilə bağlı sərt açıqlamalar verib. O bildirib ki, Ağ Ev Venesuela məsələsini hələ bağlamayıb və vitse-prezident Delsi Rodriges ABŞ-la əməkdaşlıq etməsə, ciddi nəticələrlə üzləşəcək.

QHT.az xəbər verir ki, Tramp Venesuelaya hərbi müdaxilə ittihamlarını rədd etsə də, başqa ölkələrdə rejim dəyişikliyini mümkün saydığını vurğulayıb. O, Venesuelanın ABŞ ordusunun hədəfi ola biləcək son ölkə olmadığını da istisna etməyib.

ABŞ prezidenti Qrenlandiyanın strateji əhəmiyyətinə diqqət çəkərək, adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu və ABŞ üçün müdafiə baxımından vacib olduğunu qeyd edib.

 

R. İmanov