Yeni sistematik araşdırmada yüksək qan təzyiqinə nəzarət baxımından 53 elmi tədqiqatın nəticələri təhlil edilib. Nəticələrə görə, gəzinti kimi aşağı intensivlikli məşqlər, tai-chi və qiqonq kimi ənənəvi Çin hərəkətləri, eləcə də qısa müddətli yüksək intensivlikli məşqlər qan təzyiqinin idarə olunmasına kömək edə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər isə bildirirlər ki, bütün insanlar üçün eyni məşq növünü "ən yaxşı" hesab etmək düzgün deyil. Əsas məsələ insanın sağlamlıq vəziyyətinə uyğun fiziki aktivlik seçməsi və onu müntəzəm davam etdirməsidir. Araşdırmada nəticələrin sübut səviyyəsinin aşağı və ya çox aşağı olduğu da qeyd edilir.
Piranə Xasiyeva
Xəbərlər
Təzyiqi azaltmaq üçün hansı məşqlər daha təsirlidir?






