Neftlə çirklənlənmiş torpaq dedikdə ilk növbədə gözümüzün qarşısına qara rəngə boyanmış, bitki örtüyünü yararsız hala salmış, ağır neft qoxusu gələn Abşeron topaqları gəlir. Lakin bəzən torpağın təhlükəsi yalnız gözlə görünən çirklənmə ilə məhdudlaşmır. Torpağın dərinliklərində və neft hasilatı ilə əlaqəli tullantılarda təbii radioaktiv maddələr də toplana bilər.

Bu məsələ xüsusilə uzun illər neft hasilatının aparıldığı ərazilər üçün xarektiriktir. Qeyd etmək lazımdır ki, yer qabığının özündə təbii radioaktiv elementlər mövcuddur. Uran-238 və torium-232 kimi elementlərin parçalanması nəticəsində radium və digər radionuklidlər yaranır. Neft qaz hasilatı zamanı yerin dərinliklərindən çıxarılan lay suları, şlamlar və bəzi mineral çöküntülər bu radionuklidləri səthə daşıya bilər.

Nəticədə, onların müəyyən sahələrdə təbii fon səviyyəsindən yüksək konsentrasiyada toplanması mümkündür. Bu cür materiallar elmi ədəbiyyatda NORM, hasilat fəaliyyəti ilə konsentrasiyası artırılmış formaları isə TENORM adlandırılır. Burada mühüm bir məqam var heçdə neftlə çirklənmiş torpaqların hamısında radioaktivlik demək düzgün olmaz. Radiasiyanın olub-olmaması yalnız xüsusi radioloji ölçmə və laborator analizlə müəyyən edilə bilər.

Bir haşiyə çıxmaq istərdim. Atmosferin tərkibində digər qazlarla yanaşı radiumun olmasına necə yanaşmaq olar. Hansıki radium uranın parçalanması zamanı əmələ gəlir. Uran isə təpədən dırnağa kimi radiasiya mənbəyidir. Belə qənatə gəlmək olarki bizi yaşadan havanın tərkibindədə radiasiya vardır. Radiasiyanı dozası kurillə ölçüldüyündən atmosferin tərkibindəki radiasiya dozası çanlılar üçün təhlükə doğurmur. Ancaq neftin tərkibi haqqında bunu demək zənnimcə düzgün olmaz.

Baxmayaraq müasir elmi baxışlara görə neft radiaktiv maddə sayılmır. Bir anlığa xatırladım ki neftin tərkibində olan civə və radon qazının olması qeyd etdiyim məsələnin araşdırmaya ehtiyacı olduğunu bir daha təsdiq edir. Azərbaycan üçün bu məsələ daha da əhəmiyyətlidir.

Abşeron yarımdadasında uzun illər davam edən neft hasilatı nəticəsində torpaqların neft və ağır metallarla çirklənməsi geniş şəkildə araşdırılsada düşünürəm ki bu iş yenədə davam etdirilməlidir. Radioaktiv çirklənmənin təhlükəsi ondan ibarətdir ki, onu adi gözlə görmək qoxulamaq, hissi etmək mümkün deyil. Bəzi radonuklidlər torpaqda uzun müddət qalaraq qamma şüalanmasına səbəb ola bilər. Radiumun parçalanması zamanı yaranan radon qazı isə tənəffüs yolu ilə orqanizmə daxil ola bilər. Əlbətdə yüksək dozadan söhbət gedir. Ona görə neftlə çirklənmiş ərazinin bərpası yalnız torpağın üst qatının təmizlənməsi və ya yeni torpaq gətirilməsi ilə başa çatmamalıdır.

Topağın rekultuvasiyası bir qədər ağır və xərc aparan bir iş olduğundan təssüfki bəzən bu ad altında necə gəldi başdansovdu işlərdə aparılıb. Bunun üçün ilk növbədə rekultuvasiya aparılacaq ərazidə qamma-fon ölçülməli, torpaq və zəruri hallarda su nümunələri götürülərək radionuklidlərin-xüsusilə radium,uran və torium sıralarının-laborator analizi aparılmalıdır.

Nəticələr ərazinin fon səviyyəsi ilə müqayisə edilməlidir.Bu gün ekoloji siyasətin məqsədi sadəcə çirklənmiş torpağı təmizləmək deyil. Məqsəd insanın sağlamlığını,torpağın məhsuldarlığını, su ehtiyyatlarını və gələcək nəsillərin təhlükəsizliyini qorumaqdır.

Neft torpağı qaralda bilər. Lakin onun yaratdığı bütün təhlükələr heçdə gözlə görünmür. Bəzən ən ciddi təhlükə səssiz, qoxusuz və görünməz olur. Ona görə neftlə çirklənmiş hər bir ərazidə ekoloji təmizləmə ilə yanaşı, radioloji monitorinqd də aparılmalıdır. Mübahisəli və araşdırmaya ehtiyac olan iddialarımız bunu deməyə bizə bir daha əsas verir ki, ətarf aləm və insanlar üçün təhlükə sayıla bilən bütün məsələlər dərindən araşdırılmalı və geniş ictimaiyyətə çatdırılmalıdır.

Tarixə səyahət etsək görərik ki, min illər öncə Abşeron yarımadasında neft çıxardılıb və bu iş bügündə davam etməkdədir. Şirvanşahlar hakimiyyəti dövüründə neftin çəlləklərə doldurulub gəmilər vasitəsi ilə xarici ölkələrə satılması məlumdur. Müasir dövürdə neftin dövlətimiz üçün strateji əhəmiyyəti də məlumdur.Ancaq çox yaxın gələcəkdə neft hasilatında azalmaların olmasıda bir reallıqdır. Bu baxımnan alternativ enerji mənbələrinin ilə bağlı dövlətimiz tərəfindən aparılan işlər xüsusi təqdirə layiqdir. Tükəməyən təbii eneji mənbələrinin inkişafı isə xalqımız və təbiətimiz üçün gələcəkdə çox əhəmiyyətli olacaq…

“Mühit”Ekoloji MİB-nin Sədri Əzizağa Hünbətəliyev