MediaTek smartfonlar üçün yeni Dimensity 9600 Pro prosessorunu təqdim edib. Şirkətin açıqlamasına görə, çip TSMC-nin 2 nanometrlik texnologiyası əsasında hazırlanıb və yeni nəsil premium smartfonlarda istifadə olunacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni prosessor daha yüksək performans və enerji səmərəliliyi ilə seçilir. MediaTek-in məlumatına əsasən, çip Xiaomi, Oppo və Vivo kimi istehsalçıların gələcək smartfon modellərində istifadə edilə bilər.
Şirkət həmçinin Dimensity 9600M adlı 3 nanometrlik versiyanı təqdim edib. Bu model daha geniş çeşiddə yüksək səviyyəli smartfonlar üçün nəzərdə tutulub.
MediaTek-in yeni çipləri smartfon bazarında prosessorlar arasında rəqabətin daha da güclənəcəyini göstərir. Xüsusilə 2 nanometrlik istehsal texnologiyasının mobil cihazlara gətirilməsi gələcək telefonların performansı və enerji istifadəsi baxımından mühüm addım hesab olunur.
Piranə Xasiyeva
Xəbərlər
MediaTek yeni nəsil smartfon çipini təqdim edib






