Yeni araşdırma göstərib ki, yuxu, fiziki aktivlik və qidalanmada böyük dəyişikliklər etmək əvəzinə, bu sahələrdə kiçik düzəlişlər belə ürək-damar sağlamlığı ilə əlaqəli ola bilər. Tədqiqat 53 mindən çox insanın məlumatları əsasında aparılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, gündəlik yuxunu təxminən 11 dəqiqə artırmaq, orta və yüksək intensivlikli fiziki aktivliyi təxminən 4–5 dəqiqə artırmaq və qida rasionuna əlavə olaraq təxminən 50 qram tərəvəz daxil etmək ürək-damar xəstəlikləri riskinin daha aşağı olması ilə əlaqələndirilib.
Alimlər bildirirlər ki, sağlamlıq üçün bütün vərdişləri birdən-birə kökündən dəyişməkdənsə, bir neçə kiçik dəyişikliyi gündəlik həyata daxil etmək daha real və davamlı ola bilər.
Bununla belə, araşdırma bu dəyişikliklərin xəstəlikləri birbaşa önlədiyini sübut etmir. Nəticələr sağlam yuxu, hərəkət və balanslı qidalanmanın birlikdə ürək sağlamlığı ilə əlaqəsini göstərir.
Piranə Xasiyeva