Fransa Prezidenti Emmanuel Makron yeni milli hərbi xidmət proqramını elan edərək 18–19 yaşlı könüllülərin gələn ildən 10 aylıq xidmətə başlayacağını bildirib.
QHT.az xəbər verir ki, Proqram yalnız materik Fransa və dəniz aşırı ərazilərdə keçiriləcək və gənclər xarici hərbi əməliyyatlarda iştirak etməyəcək. Makron bunun məcburi çağırışa qayıdış olmadığını, lakin Rusiyanın Ukraynaya təcavüzünün Avropanı böyük risk qarşısında qoyduğu üçün müdafiə qabiliyyətinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
Prezident növbəti iki ildə müdafiə büdcəsinə əlavə 6,5 milyard avro ayrılacağını və 2027-ci ildə illik müdafiə xərclərinin 64 milyard avroya çatdırılacağını açıqlayıb. Fransa 2030-cu ilə qədər ehtiyatda olan hərbçilərin sayını 100 minə yüksəltməyi planlaşdırır.
R.İmanov






