Bu gün Eşitmə və Nitq Məhdidiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı Homm Life Azərbaycan MMC- nin rəhbəri Musa İsayev və onun komandası ilə görüş keçirib.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında bildirib ki, görüşdə İştirak edən təşkilat rəhbəri Homm life ailəsinə İşarət dilini öyrənmək və eşitmə məhdudiyyəti olan insanlarla ünsiyyət saxlamaq üçün “Səssiz Dünyaya Körpü” adlı kitablarını təqdim edib: “Homm ailəsi təlim xarakterli təqdimatla öz iş prinsiplərindən danışaraq, eşitmə məhdudiyyətli şəxslərlə çalışmağı bir yenilik olaraq bildiriblər. Eşitmə məhdudiyyətli qızlar üçün yeni “Mənim Dünyam deaf homm” qrupu yaradılması təklifi qəbul olunub. Qrupun rəhbəri Birliyin aktiv üzvü, rəssam Bircəxanım Bağırova təyin edilib. Bu qrupa və Homm şirkəti ailəsinə qoşulmaq istəyən hər bir kəsi dəvət edirik. Bircəxanıma bu işdə böyük uğur arzu edirik”.

Cəmilə Çingizqızı “səssizliyin səsi olaq” şüarına dəstək olduğuna görə Homm şəbəkəsinə, Homm life ailəsinin başçısı Nicat Paşayevə və Lider Musa İsayevə Birlik adından təşəkkür edib.

 

Pərvanə Fərhadqızı