Çində keçirilən Dünya Humanoid Oyunlarının ikinci buraxılışı davam edir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Şənbə günü start götürən yarışlar beş gün davam edəcək. Yarışın diqqətçəkən məqamlarından biri robotlardan birinin 100 metr məsafəni Useyn Boltun dünya rekordundan daha sürətli qət etməsi olub.
Pekində keçirilən tədbirdə başqa maraqlı anlar da yaşanıb. Robotlardan biri futbol meydanında Kriştianu Ronaldonun məşhur “Siuuu” sevincini nümayiş etdirib, digərləri isə açılış mərasimində sinxron yürüş ediblər.
Robotlar həmçinin boks, hündürlüyə tullanma, tayçi və stolüstü tennis kimi yarışlarda da bacarıqlarını nümayiş etdirirlər.
Zəhra Mansırova






