Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin psixonevroloji sosial xidmət müəssisələrində hazırda 561 sakin xidmətlərdən yararlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, Göygöl və Şamaxı rayonlarında, Gəncə şəhərində, həmçinin Bakının Buzovna qəsəbəsində yerləşən müəssisələrdə sakinlərin yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb.

Müəssisələrdə şəxslərin cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması və sosial adaptasiyası məqsədilə tibbi-sosial, sosial-psixoloji, sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir.