Quba rayonunda fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti institutları – İnnovativ İnkişafa Dəstək İB, "Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB, Xınalıq Turizmin İnkişafına Dəstək İB, QHT-nın Regional Resurs Təlim Mərkəzi İB və "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İB YURD komandasının üzvləri ilə görüş keçiriblər.

QHT.az xəbər verir ki, tədbir gənclərin intellektual potensialının dəstəklənməsi və birgə fəaliyyətin gücləndirilməsi məqsədilə təşkil olunub. Komanda ilə səmimi söhbətlər aparılıb və qarşılıqlı təcrübə mübadiləsi edilib.